Konqres haqqında

"Fərqli Fərdlər" Konqresi xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək göstərməyə yönəlmiş əlamətdar bir təşəbbüsdür.
Konqres 2019-cu ildən etibarən ictimaiyyətin diqqətini autizm, diqqət əskikliyi və hiperativlik, uşaq serebral iflici (USİ), daun sindromu və digər  mövzulara maksimum dərəcədə yönəltmək və valideyn, mütəxəssis və pedaqoqlar arasında dialoq quraraq, dövlət tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin genişləndirilməsi təmayülünü dəstəkləyir. Konqresin əsas məqsədi və nail olmağa çalışdığı ən başlıca hədəf isə ictimaiyyətdə fərqli qayğıya ehtiyacı olan insanlar haqqında məlumatlılığı artırmaq, ən əsası isə bu şəxslərə düzgün yanaşma ilə onları cəmiyyətə qazandırmaq və cəmiyyətdə öz yerlərini tapmağa yardımçı olmaqdır.

 

KONQRESƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN