01.03.2022
5 mart 2022-ci il tarixində Bakı şəhərində xüsusi qayğıya ehtiyacı olan insanlara həsr olunmuş 4-cü “Fərqli Fərdlər” konqresi keçiriləcək.
“Fərqli Fərdlər” bu il də xüsusi qayğıya ehtiyacı olan insanlara hər zaman qayğı və diqqət göstərən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dayanıqlı Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) Sosial Xidmətlər Agentliyi, Ombudsman Aparatı və Regional İnkişaf İctimai Birliyinin (RİİB) dəstəyi ilə keçirilir.
“Fərqli Fərdlər” konqresinin baş tərəfdaşı bp şirkətidir. “PMD Group” gümüş sponsor, “Holcim Azərbaycan” şirkəti isə bürünc sponsor kimi çıxış edir. Tədbir həmçinin “CTS Translation”, “Black & Black Studio”, “Credo Group” və “AzExpoMontage” şirkətləri tərəfindən dəstəklənir. Hər zaman olduğu kimi bu dəfə də “Ümid var” xeyriyyə cəmiyyətinin rəqs qrupu öz iştirakları ilə tədbirə rəng qatacaqlar. Konqresin təşkilatçıları “Caspian Event Organisers” (ceo.az) şirkəti və “Edutainment.az” təhsil strukturudur.
Spiker qismində tanınmış yerli və aparıcı beynəlxalq ekspertlər, ABŞ, Azərbaycan, İsrail, Latviya, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan və başqa ölkələrdən olan pedaqoq və metodistlər, həkimlər, psixoloq və psixoterapevtlər, xüsusi qayğıya ehtiyacı olan insanlar iştirak edəcəklər. “Fərqli Fərdlər” konqresinin prodüseri “Autistic city” autizmli insanlara dəstək mərkəzinin rəhbəri Antonina Steynberqdir.
Konqresin builki proqramına 5 sessiya daxildir:
• Xüsusi insanların həyatının xüsusiyyətləri
• İnkişaf xüsusiyyətləri - rifah amili kimi ailə dəstəyi
• Xüsusi ehtiyaclar nəzərə alınmaqla səhiyyə xidmətinin əlçatanlığı və keyfiyyəti
• Xüsusi qayğıya ehtiyacı olan insanlar üçün təhsil və karyera
• Xüsusi qayğıya ehtiyacı olan insanlar üçün qabaqcıl texnologiyalar
Tədbirdə xüsusi qayğıya ehtiyacı olan insanların təhsil proqramları, könüllülük və təcrübə proqramları, istedadların aşkarlanması proqramları, inklüziv işə qəbul, perspektivlər və digər mövzular müzakirə olunacaq.
Konqresdə autizm, diqqət əskikliyi və hiperativlik, daun sindromu müzakirə olunacaq və ilk dəfə olaraq “Uşaq Serebral İflici (USİ): miflərin dağılması” mövzusuna toxunulacaq.
Tədbirdə iştirak etmək üçün linkə daxil olaraq, dəvətnamə əldə edə bilərsiniz: https://ferqliferdler.az/az-register/
Facebook https://www.facebook.com/ferqliferdlercongress və instagram səhifəsində https://www.instagram.com/ferqliferdler/ “Fərqli Fərdlər” ailəsinə qoşulun. Xəbərləri izləyin, müzakirə edin və suallar verin.
Yarandığı müddət ərzində “Fərqli Fərdlər” konqresi dövlət qurumlarının və sponsorların dəstəyi sayəsində bir sıra konkret nəticələrə nail olub: