08.02.2022
5 mart 2022-ci il tarixində Bakı şəhərində fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunmuş 4-cü “Fərqli Fərdlər” konqresi keçiriləcək.
“Fərqli Fərdlər” bu il də xüsusi qayğıya ehtiyacı olan insanlara hər zaman qayğı və diqqət göstərən Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Regional İnkişaf İctimai Birliyi (RİİB), Dayanıqlı Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçirilir.
“Fərqli Fərdlər” konqresinin qızıl sponsoru bp şirkətidir. Gümüş sponsor qismində isə “PMD Group” şirkəti çıxış edir. Tədbir həmçinin “CTS Translation”, “Black & Black Studio”, “Konfrans Services” və “AzExpoMontage” şirkətləri tərəfindən dəstəklənir. Konqresin təşkilatçıları “Caspian Event Organisers” (ceo.az) şirkəti və “Edutainment.az” təhsil strukturudur.
Spiker qismində tanınmış yerli və aparıcı beynəlxalq ekspertlər, ABŞ, Azərbaycan, İsrail, Latviya, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan və başqa ölkələrdən olan pedaqoq və metodistlər, həkimlər, psixoloq və psixoterapevtlər iştirak edəcəklər. “Fərqli Fərdlər” konqresinin prodüseri “Autistic city” ASP diaqnozlu insanlara dəstək mərkəzinin rəhbəri Antonina Steynberqdir.
Konqresin builki proqramına 5 sessiya daxildir:
• xüsusi insanların həyatının xüsusiyyətləri
• inkişaf xüsusiyyətləri - rifah amili kimi ailə dəstəyi
• xüsusi ehtiyaclar nəzərə alınmaqla səhiyyə xidmətinin əlçatanlığı və keyfiyyəti
• xüsusi qayğıya ehtiyacı olan insanlar üçün təhsil və karyera
• xüsusi qayğıya ehtiyacı olan insanlar üçün qabaqcıl texnologiyalar
Tədbirdə xüsusi qayğıya ehtiyacı olan insanların təhsil proqramları, könüllülük və təcrübə proqramları, istedadların aşkarlanması proqramları, inklüziv işə qəbul, perspektivlər və digər mövzular müzakirə olunacaq.
Ilk dəfə olaraq konqresdə “Uşaq Serebral İflici (USİ): miflərin dağılması” mövzusuna toxunulacaq.
Facebook səhifəsində https://www.facebook.com/ferqliferdlercongress “Fərqli Fərdlər” ailəsinə qoşulun. Xəbərləri izləyin, müzakirə edin və suallar verin.
Tədbirdə tərəfdaş və ya sponsor kimi çıxış etmək üçün congress@ceo.az elektron poçt ünvanı vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.
Yarandığı müddət ərzində “Fərqli Fərdlər” konqresi dövlət qurumlarının və sponsorların dəstəyi sayəsində bir sıra konkret nəticələrə nail olub: