Mətbuat açıqlaması

Ferqli Ferdler - Aprel ayında Bakıda xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş konqres keçiriləcək

Aprel ayında Bakıda xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş konqres keçiriləcək

04.03.2021

Mətbuat açıqlaması

17-18 aprel tarixlərində xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 3-cü “Fərqli Fərdlər” Konqresi keçiriləcək. Builki konqresin fərqli cəhəti ondan ibarətdir ki, tədbirin əhatə etdiyi mövzular daha da genişlənərək, nəinki xüsusi qayğıya ehtiyacı olan uşaqları, eləcə də böyükləri ehtiva edəcək. Tədbir çərçivəsində əsas diqqət pandemiya ilə əlaqədar ekstremal iş şəraitində, o cümlədən hərbi əməliyyatlarda iştirak edən şəxslərin sosial-psixoloji adaptasiyası probleminə yönəldiləcək. Pandemiya ilə əlaqədar olaraq, beynəlxalq konqres “onlayn” formatda təşkil olunacaq.

Sayca üçüncü olan bu konqresin məqsədi Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əksini tapmış dinamik və inklüziv cəmiyyətin dövlət tərəfindən müəyyən edilmiş inkişaf təmayülünü dəstəkləməkdir.

Konqres əsnasında Azərbaycan, İsveç, Rusiya və Finlandiyadan Sayca üçüncü olan bu konqresin məqsədi Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əksini tapmış dinamik və inklüziv cəmiyyətin dövlət tərəfindən müəyyən edilmiş inkişaf təmayülünü dəstəkləməkdir.mütəxəssislərin iştirakı ilə 5 istiqamətdə müzakirələr aparılacaq:

- Diaqnostika məsələləri (hər ölkə üçün diaqnostika testlərinin unikallığının vacibliyi, uşaq və böyüklərə diaqnoz qoyuluşunda fərq, “autizm” diaqnozunun qoyulması, hiper-diaqnostika təhlükəsi, qidalanma pozuntusu, biopolyar pozuntular, kleptomaniya, DƏHS, disleksiya);

- Diaqnostika, müşayiət və korreksiya üçün mütəxəssisin düzgün seçilməsi;

- Karantin dövründə xüsusi qayğıya ehtiyacı olan uşaq və böyüklərin həyatı və s.;

- Xüsusi qayğıya ehtiyacı olan uşaqların orta məktəbdən sonrakı gələcəyi. Onların ali təhsil ocaqları və iş yerlərindəki gələcək həyatı;

- Xüsusi sessiya - post-travmatik sindrom (PTS). Həlak olmuş əsgərlərin ailələrinə və cəbhədən qayıdan əsgərlərə psixoloji dəstək. Digər PTS halları.

Konqres çərçivəsində seminar və simpoziumların, eləcə də digər tədbirlərin keçirilməsi nəzərdə tutulub. 

Konqres “Caspian Event Organisers” şirkətinin və Edutainment.az təhsil strukturunun təşəbbüsü ilə təşkil olunur. Həmçinin, konqresin tərəfdaş və dostları arasında Azərbaycan Dövlət Reklam Agentliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST” Agentliyi, “ACE Group Consultants” və “CTS Translation” şirkətləri yer alır. Təşkilatçılar Azərbaycanda inklüziv cəmiyyətin inkişafına dəstək verməkdə maraqlı olan şəxsləri “Fərqli Fərdlər” Konqresinin tərəfdaşlarına qoşulmağa dəvət edir. Təşkilat komitəsi ilə əlaqə üçün e-poçt: congress@ceo.az.

“Fərqli Fərdlər” haqqında ən son xəbərləri bizim “Facebook” səhifəmizdən izləyə bilərsiniz (https://www.facebook.com/ferqliferdlercongress).