Xəbərlər

Ferqli Ferdler - Xüsusi inkişaf özəllikləri olan insanlar üçün əlçatan mühitin yaradılması üzrə layihəyə dəstək göstərərək onun reallaşdırılmasında iştirak etdiyinə görə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına öz dərin təşəkkürümüzü bildiririk!

Xüsusi inkişaf özəllikləri olan insanlar üçün əlçatan mühitin yaradılması üzrə layihəyə dəstək göstərərək onun reallaşdırılmasında iştirak etdiyinə görə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına öz dərin təşəkkürümüzü bildiririk!

11.02.2020

Xəbərlər

Xüsusi inkişaf özəllikləri olan insanlar üçün əlçatan mühitin yaradılması üzrə layihəyə dəstək göstərərək onun reallaşdırılmasında iştirak etdiyinə görə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına öz dərin təşəkkürümüzü bildiririk!

Fərid Məmmədov, “Caspian Event Organisers” şirkətinin baş direktoru: “Fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunmuş konqresin təşkilatçısı kimi, görünməz əlillikdən əziyyət çəkən insanların ehtiyacları bizim üçün xüsusilə yaxın və tanışdır. Mən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında fərqli inkişaf özəllikləri olan insanlar üçün əlçatan mühitin yaradılması üzrə layihəyə dəstək göstərərək onun reallaşdırılmasında iştirak etdiyinə görə hava limanının rəhbərliyinə öz təşəkkürümü bildirirəm. “AZAL”-ın icraçı direktorunun birinci müavini Cəmil Manizadənin rəhbərlik etdiyi bütün işçi qrupunun işini isə xüsusən qeyd etmək istərdim. Bildiyiniz kimi, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı dünyanın ən yaxşı hava limanlarından biri, MDB məkanında isə ən yaxşı hava limanıdır. Çoxsaylı beynəlxalq sertifikatlar və yüksək xidmət səviyyəsi də bunu təsdiq edir. Biz şadıq ki, artıq hava limanında autizm, dementiya və Altsheymer xəstəliklərindən əziyyət çəkən insanlar üçün də xidmət var və bu xidmət sayəsində həmin insanlar daha asan səyahət edə biləcəklər”.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında xüsusi inkişaf özəllikləri olan insanlar üçün əlçatan mühitin yaradılması üzrə layihə 15-16 fevral tarixində Heydər Əliyev Mərkəzində fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunmuş 2-ci “Fərqli Fərdlər” konqresi çərçivəsində daha ətraflı şəkildə təqdim olunacaqdır.