Konqres haqqında

11 mart 2023-cü il tarixində Bakı şəhərində fərqli inkişaf özəllikləri olan insanlara həsr olunmuş 5-ci “Fərqli Fərdlər” konqresi keçiriləcək.

Spiker qismində tanınmış yerli və aparıcı beynəlxalq ekspertlər, Azərbaycan, ABŞ, İsrail, Latviya, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan və başqa ölkələrdən olan pedaqoq və metodistlər, həkimlər, psixoloq və psixoterapevtlər iştirak edəcəklər. “Fərqli Fərdlər” konqresinin prodüseri  “Autistic city” ASP diaqnozlu insanlara dəstək mərkəzinin rəhbəri Antonina Steynberqdir.

Konqresin builki proqramına 5 sessiya daxildir:

• xüsusi insanların həyatının xüsusiyyətləri
• inkişaf xüsusiyyətləri - rifah amili kimi ailə dəstəyi
• xüsusi ehtiyaclar nəzərə alınmaqla səhiyyə xidmətinin əlçatanlığı və keyfiyyəti
• xüsusi qayğıya ehtiyacı olan insanlar üçün təhsil və karyera
• xüsusi qayğıya ehtiyacı olan insanlar üçün qabaqcıl texnologiyalar

Tədbirdə xüsusi qayğıya ehtiyacı olan insanların təhsil proqramları, könüllülük və təcrübə proqramları, istedadların aşkarlanması proqramları, inklüziv işə qəbul, perspektivlər və digər mövzular  müzakirə olunacaq.

Ilk dəfə olaraq konqresdə “Uşaq Serebral İflici (USİ): miflərin dağılması” mövzusuna toxunulacaq.